Şagirdlər “ETSN-də bir gün” layihəsində iştirak ediblər
28 Sentyabr 2026, 17:57
Bakı Oksford Məktəbinin şagirdləri “ETSN-də bir gün” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Geologiya Muzeyinə səfər ediblər.
Geoloji irsin, təbii sərvətlərin və yerin təki haqqında biliklərin artırılması məqsədilə təşkil olunan səfər zamanı iştirakçılara Azərbaycanın geoloji quruluşu, müxtəlif regionlarda yayılmış süxur və minerallar, faydalı qazıntılar, eləcə də ölkənin zəngin geoloji irsi barədə ətraflı məlumat verilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan səfər zamanı məktəblilər muzeydə nümayiş etdirilən müxtəlif mineral, süxur və filiz nümunələri ilə tanış olub, onların xüsusiyyətləri və yaranma prosesi haqqında məlumat əldə ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.