29 sentyabr – Qida İtkisi və Tullantılarının Azaldılması üzrə Beynəlxalq Maarifləndirmə Günüdür
29 Sentyabr 2026, 11:35
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə hər il 29 sentyabr Qida İtkisi və Tullantılarının Azaldılması üzrə Beynəlxalq Maarifləndirmə Günü kimi qeyd olunur.
Bu günün təsis edilməsində əsas məqsəd qida itkiləri və tullantılarının qarşısının alınmasının əhəmiyyəti barədə ictimai məlumatlılığın artırılması, qida israfının azaldılması istiqamətində məsuliyyətli davranışların təşviqi və kollektiv fəaliyyətin gücləndirilməsidir.
Bu il yeddinci dəfə qeyd olunan Beynəlxalq Maarifləndirmə Gününün əsas mövzusu “Qida itkilərinin və israfının azaldılmasının transformativ potensialı”dır.
Qida itkilərinin və israfının azaldılması yalnız ərzaq resurslarının qorunmasına deyil, həm də təbii ehtiyatlardan səmərəli istifadəyə, ətraf mühitə təsirin azaldılmasına və daha dayanıqlı qida sistemlərinin formalaşdırılmasına mühüm töhfə verir.
Hər birimizin gündəlik seçimləri qida israfının azaldılmasında mühüm rol oynayır. Qidanı dəyərləndirək, israf etməyək.