01 İyul 2026 Şirvan və Ağgöl milli parklarının yaradılması münasibətilə 5 iyul tarixində hər iki milli parkda "Açıq qapı" günü təşkil olunacaq. Həmin gün ziyarətçilər milli parklara ödənişsiz daxil ola biləcəklər. 05 May 2026 İctimaiyyətin tullantıların düzgün idarə olunması barədə maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədilə 9 may tarixində növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı şəhəri “Ağ Şəhər” ərazisində keçiriləcək. 04 May 2026 Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativlər və məhdudiyyətlər mövzusunda ictimai dinləmə keçiriləcək.