12 Fevral 2026
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən verilən elana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin qeydiyyatı prosesi başa çatıb.