Elanlar


“Təbiətin səsi” hekayə müsabiqəsinə start verilir

27 Avqust 2026

Təbiətin danışdığını heç düşünmüsünüz?
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Təbiətin səsi” hekayə müsabiqəsini elan edir.
Müsabiqənin məqsədi ətraf mühitin qorunması, iqlim dəyişikliyi, biomüxtəlifliyin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə və ekoloji məsuliyyət mövzularında yaradıcı düşüncəni təşviq etməkdir.

Mövzular:
* İnsanların unutduğu təbiət dili
* Dənizin sahilə qaytardığı məktub
* Mən olmasaydım… (heyvan və ya bitki dilindən)
* ⁠Süni intellekt təbiətin səsini eşitsəydi
* Bir quşun qanadlarından görünən dünya
* Tullantı qutusundan göndərilən məktub
* Çaylar yollarını seçə bilsəydi
* Təbiətin şəhərlə görüşü
* Meşənin itirdiyi son səs
* Təbiət insanlardan bir gün üz döndərsəydi
 
Necə iştirak etməli?
• 150–250 söz həcmində bir hekayə yazın.
• Hekayəni şəxsi instagram və ya facebook hesabınızda paylaşın.
• Paylaşımı ictimaiyyət üçün açıq edin.
• Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi sosial media səhifələrini (facebook və instagram) paylaşımda tag edin.
• #təbiətinsəsi #ETSN həştəqlərindən istifadə edin.
• Hekayəni və sosial şəbəkə paylaşımının linkini pr@eco.gov.az elektron poçt ünvanına göndərin.
 
Diqqət edilməli:

Hekayə:
* müəllifin özünə məxsus olmalı;
* daha əvvəl heç bir müsabiqədə iştirak etməməli;
* başqa platformada dərc olunmamalı;
* verilmiş mövzulardan birinə uyğun olmalı;
* qeyri-etik, zorakı və ya uyğun olmayan məzmun daşımamalıdır.
Hər iştirakçı yalnız bir hekayə təqdim edə bilər.
 
Qiymətləndirmə
Hekayələr 5 meyar üzrə, hər biri 20 bal olmaqla qiymətləndiriləcək (maksimum: 100 bal):
Mövzuya uyğunluq — 20
Yaradıcılıq — 20
Orijinallıq — 20
Dil və üslub — 20
Ekoloji mesajın təsir gücü — 20
 
Mükafat
Ən təsirli hekayələrin müəllifi olan 3 qalib “Samsung Galaxy Tab A7” hədiyyəsi ilə mükafatlandırılacaq.
Müsabiqə yalnız qaliblərin müəyyənləşdirilməsi ilə yekunlaşmır. Münsiflər heyətinin seçdiyi ən yaxşı hekayələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial media hesablarında paylaşılacaq.

Son müraciət tarixi: 27 sentyabr 2026-cı il

Təbiətin səsini eşidirsiniz?
Sizcə, o bizə nə demək istəyir?
İndi söz sizdədir.