16 Fevral 2026
Yenikənd su anbarında ekoloji nəzarət gücləndirilibŞəmkir Dövlət Təbiət Yasaqlığının ərazisində yerləşən Yenikənd su anbarı və ətraf ərazilərində bir müddət əvvəl aparılmış ekoloji monitorinq və nəzarət tədbirləri zamanı bir sıra ekoloji qanun pozuntuları aşkar olunub. Qeydə alınan pozuntular su anbarında və ətraf sahələrdə ekoloji tarazlığa mənfi təsir göstərməklə yanaşı, ətraf mühitə, bütövlükdə ekosistemə zərər vurulması ilə nəticələnirdi.