24 Dekabr 2025
Doğum Gününüz Mübarək, Cənab Prezident!
23 Dekabr 2025 Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyaları Bərdə və Beyləqan rayonlarında təşkil edilib. 23 Dekabr 2025 Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında və II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polatın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovla görüşüb. 22 Dekabr 2025 Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması, çeşidləmə vərdişlərinin təşviqi və ekoloji məsuliyyətli davranışın formalaşdırılması məqsədilə 20 dekabr tarixində ilin sonuncu “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib. 22 Dekabr 2025 Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində istifadəyə yararsız batareyaların toplanması və təhvil verilməsi prosesi davam edir.