Xəbərlər


“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində toplama məntəqələrindən 235 kiloqram işlənmiş batareya götürülüb

22 Dekabr 2025, 16:32

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində istifadəyə yararsız batareyaların toplanması və təhvil verilməsi prosesi davam edir.

Layihə çərçivəsində könüllülər “Azərcell”in Baş ofisindən, “Access Bank”ın Baş ofisi, Gəncə, İsmayıllı, Zaqatala filiallarından, "Global Media Group" şirkətindən, “Araz” supermarketin Qutqaşınlı-2 filialından və “Rahat” supermarketin Qara Qarayev filialından ümumilikdə 235 kq işlənmiş batareya toplayaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil veriblər.

Layihənin əsas məqsədi istifadəyə yararsız elektrik batareyalarının təhlükəsiz şəkildə toplanması, onların xüsusi şəraitdə utilizasiya olunması, həmçinin ictimaiyyət arasında ekoloji məsuliyyətin artırılması və tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirmənin gücləndirilməsidir.