05 Oktyabr 2026
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıqMilli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, 7-si gecə və səhər isə bir qədər intensivləşəcəyi ehtimalı var.