Xəbərlər


Tibbi tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirici görüşlər keçirilib

05 Oktyabr 2026, 16:28

Ölkə ərazisində tibbi tullantıların düzgün idarə olunması və bu sahədə məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən növbəti maarifləndirici görüşlər keçirilib.

Tədbirlər aşağıdakı tibb müəssisələrində təşkil olunub:
- Abşeron Rayon Mərkəzi Xəstəxanası;
- Respublika Pediatriya Mərkəzinin nəzdində Nərimanov Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanası;
- Sumqayıt şəhəri 3 saylı Ailə Sağlamlıq Mərkəzi;
- Sumqayıt şəhərində fəaliyyət göstərən “Sum Modern Medical” MMC.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən görüşlər zamanı tibbi tullantıların düzgün idarə olunmasının sağlam və dayanıqlı şəhər mühitinin formalaşdırılmasında əhəmiyyəti vurğulanıb, onların insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərinin qarşısının alınması yolları barədə məlumat verilib.