5 iyun Dünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət Nazirliklərinin, BMT-nin İnkişaf Proqramının (UNDP) və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə elektrik avtomobillərin yürüşü baş tutub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 05-i saat 19:00-a olan məlumatına əsasən Daşkəsan, Göygöl, Goranboy , Tovuz, Gədəbəydə şimşək çaxıb, yağış yağıb.
Kür çayının Yevlax şəhərindən və Tərtərçayın Bərdə rayon ərazisindən keçən hissəsində Dünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş təmizlik aksiyası keçirilib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
5 iyun “Dünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon icra hakimiyyətlərinin dəstəyi ilə təmizlik aksiyaları keçirilib.