Meşə yanğınlarının qarşısının alınması məqsədilə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və könüllü dəstələrinin iştirakı ilə Cəlilabad rayonunda “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən sosial media hesabında məlumat və bu faktı təsdiq edən videogörüntülər yayılıb.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si saat 18:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Qobustan, Xaçmaz, Kürdəmir, Ağdam, Balakən, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Qrız, Şahdağ, Mingəçevir, Tərtər, Yevlax, Göyçay, Zərdabda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Daşkəsən Göygöl, Balakən, Qrızda duman müşahidə olunub.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Qusar, Mingəçevir, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Göygöl, Balakən, Şahdağ, Qrızda duman müşahidə olunub.