2 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyətləri orqanlarının, Mənzil-Kommunal Təsərrüfat İdarələrinin və bələdiyyələrin nümayəndələrinin, Mingəçevir “Asan Xidmət” könüllülərinin və sakinlərin iştirakı ilə Türyançay çayının Ağdaş rayonundan, Kür çayının Salyan şəhərindən keçən hissəsində, Sumqayıt şəhərinin Xəzər dənizi sahilində, Lənkəran rayonunun Sütəmurdov kəndinin Xəzər dənizi sahilində, Xızı rayonu Sərəki bulağı ətrafında iməciliklər keçirilib.
2 sentyabr Lənkəran rayonunun Haftoni, Tovuz rayonunun Yanıqlı, Saatlı rayonunun Saatlı, Siyəzən rayonunun Siyəzən, Quba rayonunun Quba, İsmayıllı rayonunun Qalınçaq, Göygöl rayonunun Hacıkənd, Zaqatala rayonunun Car, İmişli rayonunun 6 saylı, Masallı rayonunun Masallı, Ağdam
Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qazax rayonu Nəriman Nərimanov qəsəbəsi ərazisində tullantıların yandırılması, Quba rayonu Afurca kəndində fəaliyyət göstərən “Dağ havası” istirahət mərkəzinin qarşısında tullantıların qalaqlanması faktları aşkar edilib.