Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İmişli-Bəhramtəpə avtomobil yolunun kənarında fəaliyyət göstərən "Qlobus-999" tikinti materialları mağazasının, İmişli rayonu, Qaradonlu kəndindəki “Araz" kafesinin, Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində “Muğan Firması" ticarət mərkəzinin, Saatlı rayonu, Mollavaizli kəndində “Oskar” kafesinin və Bərdə şəhəri, Bakı küçəsində fəaliyyət göstərən "Bazarstore" marketin fəaliyyəti zamanı formalaşan tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edilib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Goranboy rayonunun Faxralı, Qurbanzadə kəndlərində, Bərdə rayonunun İkinci Hacallı kəndində və Şabran rayonunun Sumağa kəndi ərazisində tullantıların qalaqlanması faktları müəyyən edilib.
Aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasından, Mingəçevir su anbarından, Kür və Təngərüd çaylarından sintetik torların yığışdırılması həyata keçirilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göyçay rayonunun Şəhadət kəndində vətəndaş Bəhruz Məmmədova məxsus taxta emalı sexində qanunsuz yolla əldə edilmiş 3,5 m3 həcmində işlik meşə materialı müəyyən edilib.