19 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyətləri orqanlarının, yerli Mənzil-Kommunal Təsərrüfat İdarələrinin, Hacıqabul rayon Gənclər və İdman İdarəsinin, sakinlərin və könüllülərin iştirakı ilə Hacıqabul gölünün ətrafında, Kür çayının Mingəçevir şəhərindən, Gəncəçayın Gəncə şəhərindən keçən hissələrində iməciliklər keçirilib.
Bu gün Lənkəran rayonunun Osaküçə, Tovuz rayonunun Kirən, Sabirabad rayonunun Sabirabad, Xızı rayonunun Giləzi, Xaçmaz rayonunun Xudat, İsmayıllı rayonunun Qalınçaq, Şəki rayonunun Layısqı, Zaqatala rayonunun Əliabad, İmişli rayonunun 6 saylı, Göygöl rayonunun Hacıkənd, Masallı rayonunun Masallı, Bərdə rayonunun Soltanbud-2, Şəmkir rayonunun Şəmkir və Oğuz rayonunun Oğuz meşəbəyliklərində təmizlik aksiyaları keçirilib.
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məişət tullantılarının ətrafa atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Hövsan qəsəbəsi bələdiyyəsinin, “Qırmızı Ürəklər” fondunun, "Saipem", “Bahar Energy” şirkətlərinin əməkdaşlarının, Aqrar İnkişaf könüllülərinin və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində iməcilik keçirilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində fəaliyyət göstərən “Nardaran Daş Karxanası” LTD tərəfindən atmosferə toz hissəciklərinin atılması faktı müəyyən olunub.