Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 25 avqust 2023-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında Naxçıvan şəhərinin, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının vətəndaşlarını qəbul edib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Gədəbəy, Ağcabədi, Salyan, Hacıqabul rayonlarının müxtəlif ərazilərində tullantıların qalaqlanması və yandırılması faktları müəyyən olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin Cəfər Cabbarlı küçəsində, Suraxanı rayonunun Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzinin həyətyanı sahəsində, İsmayıllı rayonunun İvanovka kəndlərində ağacların kəsilməsi, Sumqayıt şəhəri, 20 Yanvar küçəsində ağacların qanunsuz olaraq başqa əraziyə köçürülməsi, Qobustan rayonunun Yekəxana kəndində isə ağacın zədələnməsi faktları müəyyən olunub.