07 Sentyabr 2023
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatıDövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi rayonunun Hacibədəlli kəndi ərazisində fəaliyyət göstərən “Oba” marketin ətrafında tullantıların qalaqlanması və yandırılması, Şəmkir rayonu ərazisində fəaliyyət göstərən Şəmkir Kommunal Müəssisələri Kombinatının istifadəsində olan tullantı poliqonunda isə tullantıların yandırılaraq ətrafa iy-qoxunun yayılması faktları müəyyən olunub.