Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi, Nizami, Xətai rayonları ərazisində, eyni zamanda Şəmkir rayonunda ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası 16 sentyabr tarixində Şüvəlan qəsəbəsi ərazisində təşkil olunacaq.
Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 31-ci məhəllədə ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
“Xəzəri qoruyaq!” aksiyası ötən ildən başlayaraq təkcə Abşeron yarımadasında deyil, Xəzərsahili bölgələrdə də keçirilir. Bu il 1-11 sentyabr tarixlərində təmizlik aksiyaları Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt, Neftçala, Lənkəran və Astarada dəniz sahillərində təşkil olunub.