“Xəzəri qoruyaq!” aksiyası ötən ildən başlayaraq təkcə Abşeron yarımadasında deyil, Xəzərsahili bölgələrdə də keçirilir. Bu il 1-11 sentyabr tarixlərində təmizlik aksiyaları Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt, Neftçala, Lənkəran və Astarada dəniz sahillərində təşkil olunub.
Milli Hidrometeorologiya Xidmətinin senytabrın 13-ü saat 9-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda 2750 metr hündürlüyə qar yağıb.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.