"Təmiz ölkəm" aksiyası çərçivəsində bu gün Astara rayonunun Təngərüd, Qazax rayonunun Avey, Kürdəmir rayonunun Sığırlı, Xızı rayonunun Qarabulaq, Qusar rayonunun Hil, İsmayıllı rayonunun Talıstan, Qax rayonunun Qıpçaq, Beyləqan rayonunun 5 saylı, Göygöl rayonunun Hacıkənd, Zaqatala rayonunun Danaçı, Masallı rayonunun Masallı, Ağdaş rayonunun Ağzıbir, Gədəbəy rayonunun Qalakənd və Qəbələ rayonunun Yenikənd meşəbəyliklərində təmizlik aksiyaları keçirilib.
Hər il 16 sentyabr dünyada Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü kimi qeyd edilir. Alimlər, tədqiqatçılar bir araya gələrək ozon qatının dağılması kimi aktual ekoloji problemi müzakirə edir, onun həlli yollarını axtarırlar.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 17-si gündüzdən 18-i axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20, arabir 23-25 m/s, 17-si axşamdan 18-i gündüzədək isə yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı gözlənilir.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 15 sentyabr 2023-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının inzibati binasında vətəndaşları qəbul edib.