İşğaldan azad edilmiş ərazilərdə - Ağdam, Tərtər, Xocalı, Kəlbəcər, Laçın, Qubadlı və Cəbrayıl rayonlarında inşası nəzərdə tutulmuş bərk məişət tullantıları poliqonları, Füzuli və Zəngilan rayonlarında isə ötürücü məntəqələr üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda bəzi ərazilərə qar yağır.
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə sulu qar, qar yağıb. Ayrı-ayrı yerlərdə intensiv olub.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək havanın arabir yağıntılı olacağı, yağışla başlayan prosesin sulu qara, bəzi ərazilərdə qara keçəcəyi gözlənilir. Yanvarın 14-ü isə gecə və səhər yarımadanın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-28 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcək.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 12 yanvar 2024-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Samux şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.