18 Yanvar 2024
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya yeni seçilmiş üzvlərlə görüş keçirilib.Görüşdə İctimai Şuranın "Yaşıl dünya naminə həmrəylik" ili, həmçinin COP 29 tədbirinə ölkəmizin ev sahibliyi edəcəyi 2024-cü ildə fəaliyyət istiqamətləri, ətraf mühitin mühafizəsində vətəndaş cəmiyyətinin rolu və dəstəyi, icitmaiyyətlə əlaqələrin daha sıx qurulması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi kimi məsələlər müzakirə olunub.