04 Fevral 2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilibMilli Hidrometeorologiya Xidməti fevralın 5-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız.
Heydər Əliyev
04 Fevral 2025 Milli Hidrometeorologiya Xidməti fevralın 5-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. 03 Fevral 2025 Şirvan Milli Parkını ziyarət edən turistlərə su-bataqlıq ərazilərinin əhəmiyyəti, ölkəmizdə mövcud olan su-bataqlıq quşları, əsasən də “Qırmızı Kitab”a salınmış nadir və nəsli kəsilməkdə olan növlər haqqında məlumatlar verilib. Turistlər köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Qızılqaz gölünə səfər edərək milli parkın su-bataqlıq ərazilərindəki quşları müşahidə ediblər. 02 Fevral 2025 2 fevral “Ümumdünya Su-Bataqlıq Əraziləri Günü” ilə əlaqədar Ağgöl Milli Parkında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Ağcabədi Rayon İcra Hakimiyyətinin rəsmiləri, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının (WWF) nümayəndələri, eyni zamanda Bakı Dövlət Universitetinin müəllim və tələbə heyətinin iştirakı ilə elmi-məlumatlandırıcı tədbir keçirilib. 02 Fevral 2025 “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında” Ramsar Konvensiyası bataqlıqların və onların ehtiyatlarının qorunması və səmərəli istifadəsi üçün zəmin yaradan beynəlxalq müqavilədir. Konvensiya 1971-ci il 2 fevral tarixində İranın Ramsar şəhərində qəbul edilmiş və 1975-ci ildə qüvvəyə minmişdir. Həmin vaxtdan etibarən, dünyanın bütün coğrafi bölgələrindən BMT-yə üzv dövlətlərin təxminən 90%-i Konvensiyaya qoşulmuş və "Razılığa gələn tərəflər" olmuşdur. 02 Fevral 2025 Bataqlıq ərazilərinin əhəmiyyəti və onların biomüxtəlifliyinin qorunması haqqında məlumatlılığı artırmaq məqsədilə hər il fevralın 2-də Ümumdünya Su-Bataqlıq Əraziləri Günü qeyd olunur. Bu gün 1971-ci il fevralın 2-də su-bataqlıq əraziləri haqqında Ramsar Konvensiyasının qəbul edildiyi tarixdir. Günün məqsədi bütün dünyada bataqlıq ərazilərinin qorunması və davamlı istifadəsinin təşviq edilməsidir.
Lorem ipsum dolor sit amet consecteur aliguam?
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Aenean commodo ligula eget dolor. Aenean massa.