26 Yanvar 2024
Dünya Ekoloji Təhsil Günündə ETSN-də uşaqlarla görüş keçirilibEkologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə bu gün uşaqdan böyüyə hər kəsin tanıdığı və sevdiyi Azərbaycan Respublikasının Əməkdar artisti Bəhram Bağırzadə ETSN-də 40-a yaxın uşaqla görüşüb, onlara Azərbaycanın zəngin biomüxtəlifliyi barədə maraqlı məlumatlar verib.