02 Fevral 2024
Bu gün Ümumdünya Su-Bataqlıq Əraziləri GünüdürBataqlıq ərazilərinin əhəmiyyəti və onların biomüxtəlifliyinin qorunması haqqında məlumatlılığı artırmaq məqsədilə hər il fevralın 2-də Ümumdünya Su-Bataqlıq Əraziləri Günü qeyd olunur. Bu, 1971-ci ildə su-bataqlıq əraziləri haqqında Ramsar Konvensiyasının qəbul edildiyi tarixdir. Günün məqsədi bütün dünyada bataqlıq ərazilərinin qorunması və davamlı istifadəsinin təşviq edilməsidir.