02 Fevral 2024
Su-bataqlıq əraziləri biomüxtəliflik cəhətdən çox zəngin ərazilərdirÖlkəmizdə beynəlxalq əhəmiyyətli 2 böyük su-bataqlıq ərazisi mövcuddur. Bunlar Qızılağac və Ağgöl milli parklarıdır ki, bu ərazilərdə çoxsaylı su-bataqlıq quşları qışlayır və yuvalayır. Bunu Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov bildirib.