03 Fevral 2024
2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü Abşeron, Qızılağac və Şirvan milli parklarında müxtəlif tədbirlərlə qeyd edilib.Abşeron Milli Parkında keçirilən nəzəri-praktik məşğələ zamanı ötən il ərzində aparılan müşahidələrin, keçirilən monitorinqlərin nəticələri təhlil edilib. Qeyd edilib ki, bu il yanvar ayının ortalarında keçirilmiş sayğının nəticələrinə görə, Abşeron Milli Parkının sahildən uzaq ərazilərində təxminən 98 mindən artıq ornitofauna nümunəsi sayılıb.