Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 19 iyul 2024-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Astara, Ağstafa, Sabirabad, Quba, Qəbələ, Yardımlı rayonlarının meşə ərazilərində, Beyləqan rayonu Əlinəzərli kəndi, Şəki rayonu Çeşməli kəndi, Xocavənd rayonu Xocavənd qəsəbəsində, Mingəçevir su anbarı ətrafında, Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsində, Lənkəran rayonu “Sonalar bağı”nda və Şirvan Milli Parkının ətraf ərazilərində iməciliklər keçirilib.
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) və bir sıra tabeli tibb müəssisələrinin əməkdaşlarının, yerli icra və bələdiyyə nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası 19 iyul tarixində “Araz” supermarketlər şəbəkəsinin Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2 filialında təşkil olunacaq.