İyulun 27-si səhərdən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.
”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Bravo” supermarketlər şəbəkəsinin Koroğlu və 20 yanvar filiallarından və "Araz” supermarketlər şəbəkəsinin Sumqayıt filialından ümumilikdə 35 kq işlənmiş batareya toplanaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilib.
"Qızıl Fırça" Bakıxanov Sənət Mərkəzinin gənc rəssamlarının iştirakı ilə Abşeron Milli Parkında "Şahdili peyzajı-Təbiətdən tabloya" adlı tədbir keçirilib.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Mingəçevir şəhəri Samux küçəsində, Yardımlı şəhəri Məharət Mirzəyev küçəsində, Tovuz, Şəki, İsmayıllı, Masallı, Quba, Lerik, Balakən rayonlarının meşə ərazilərində, Balakən rayonu Hənifə kəndində və Göygöl rayonu Köşkü-Üçbulaq kəndinə gedən yol kənarında iməciliklər təşkil olunub.
Milli Hidrometeorologiya Xidmətinin iyulun 25-i saat 10:00-a olan məlumatına görə, öncədən xəbər verildiyi kimi gündüz dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.