06 İyun 2026
Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbir uğurla başa çatıb5 iyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Azərbaycanda təşkil olunan beynəlxalq tədbir uğurla başa çatıb. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbir dövlət qurumlarının nümayəndələrini, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti institutlarını, gəncləri və ekoloji təşəbbüslərdə fəal iştirak edən tərəfdaşları bir araya gətirib.