Qurumuş və qəzalı ağacların götürülməsi, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə 23 avqust tarixində Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, öncədən verilən məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında , Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Xaltan, Quba, Goranboy, Kürdəmir, Mingəçevir, Yevlaxda arabir yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir.
Xəzər dənizinin ekoloji vəziyyətini yaxşılaşdırmaq və dəniz sahillərinin təmiz saxlanılmasını təşviq etmək məqsədilə Xəzər dənizinin Bilgəh sahilində növbəti iməcilik keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov 23 avqust 2024-cü il tarixində Qəbələ şəhərində saat 11:00-da Qəbələ, İsmayıllı, Oğuz, Göyçay və Ağdaş rayonlarının sakinlərini qəbul edəcəkdir.
"Respublikanın bəzi ərazilərində avqustun 15-dən 17-si gündüzədək hava şəraitinin dəyişəcəyi, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi və sarı xəbərdarlığa uyğun olaraq külək əsəcəyi proqnozlaşdırılır. Gözlənilən intensiv yağıntılarla bağlı çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Bu səbəbdən vətəndaşlarımızı daha diqqətli və ehtiyatlı davranmağa çağırırıq."