Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının mütəxəssislərinin iştirakı ilə keçirilən və ümumilikdə 9 gün davam edən layihə çərçivəsində Ağcabədi, Bərdə, Ağdam, Zərdab və Beyləqan rayonlarında yaşayan gənclərə ətraf mühitin mühafizəsinə dair müxtəlif mövzularda təlimlər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tullantıları İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkə ərazisində yüksək keyfiyyətli ekoloji mühitin yaradılması, tibbi tullantıların idarə edilməsi üsullarının təkmilləşdirilməsində davamlı inkişafa nail olmaq məqsədilə şəffaf, səmərəli və əlverişli əməkdaşlıq edilməsi üçün tibbi tullantıların müvafiq qaydada qablaşdırılması, daşınması, zərərsizləşdirilməsi və utilizasiya edilməsi sahəsində “birgə əməkdaşlıq” üçün müsabiqə elan edir.
Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, avqustun 19-20-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Xaçmaz sahilində, Masallı rayonu Musaküçə, İsmayıllı rayonu Sumağallı və Füzuli rayonu Bala Bəhmənli kəndlərində, Kür çayının Sabirabad, Oğuz çayının Oğuz, Kürəkçayın Goranboy, Həkəri çayının Laçın rayonları ərazisindən keçən hissələrində, Mingəçevir şəhəri 20 Yanvar küçəsində, Lənkəran, Masallı və Şamaxı meşə ərazilərində təmizlik aksiyaları keçirilib.
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı rayon İcra Hakimiyyətinin, yerli bələdiyyə və kommunal müəssisə kombinatının, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), “NARGİS” jurnalının nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində təmizlik aksiyası keçirilib.