28 Dekabr 2024
Bayram tətili günlərində (31 dekabr-3 yanvar) gözlənilən hava proqnozu31 dekabrda Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmət məlumat verib.