14 Yanvar 2025
Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunurHazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı hava şəraiti müşahidə olunur.
Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız.
Heydər Əliyev
14 Yanvar 2025 Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı hava şəraiti müşahidə olunur. 14 Yanvar 2025 İctimaiyyəti ətraf mühit istiqamətində aktiv iştiraka təşviq etmək, ekoloji məsuliyyət hissinin formalaşmasına dəstək olmaq məqsədilə “Nargis” Fondu tərəfindən keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz maarifləndirici stendi ilə qoşulub. Nazirliyin əməkdaşları və ekokönüllülər tərəfindən yarmarkanın qonaqları arasında ekoviktorina keçirilib, o cümlədən vətəndaşlar 79 ədəd işlənmiş batareya gətirərək müxtəlif stimullaşdırıcı hədiyyələr əldə ediblər. Tədbir çərçivəsində həmçinin uşaqlar üçün master klass təşkil olunub. 13 Yanvar 2025 Tədbir çərçivəsində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən Bakı Dövlət Universitetinin tələbə və müəllim heyətinə Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri haqqında geniş məlumat verilib, həmçinin milli park və qoruqların videoçarxları nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 13 Yanvar 2025 Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində aşkarlanan suiti və quş cəsədləri ilə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib ki, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb. 13 Yanvar 2025 Bakı Avropa Liseyinin V-VIII sinif şagirdləri Azərbaycanın ətraf mühitini, təbii sərvətlərini, ekoloji vəziyyətini öyrənmək məqsədilə araşdırmalar aparıblar. Şagirdlər COP29 beynəlxalq konfransında qaldırılan məsələləri araşdırıb, beynəlxalq təcrübəni öyrənərək stendlər və digər maarifləndirici materiallar hazırlayıblar.
Lorem ipsum dolor sit amet consecteur aliguam?
Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Aenean commodo ligula eget dolor. Aenean massa.