21 Sentyabr 2024
Xidmət rəisi: uzunmüddətli hava məlumatları vermək fərziyyə xarakterlidir
"Ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər versə də, bu, hansısa konkret bir ölkədəki fəsillik hava durumu haqqında dəqiq fikir bildirməyə əsas vermir."
20 Sentyabr 2024
“Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
19 sentyabr tarixində “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Təmiz Şəhər” ASC-nin icra orqanı, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
20 Sentyabr 2024
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 20 sentyabr tarixi “Ümumdünya Təmizlik Günü” elan edilib.
Ümumdünya Təmizlik Günü təmiz və sağlam ətraf mühitin qorunması və saxlanması, eləcə də tullantıların və resursların idarə edilməsində paylaşdığımız kollektiv məsuliyyətin bir xatırlatmasıdır.
20 Sentyabr 2024
Meşə ərazilərində növbəti təmizlik aksiyaları keçirilib
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Oğuz, Beyləqan, Şəki, Zaqatala, İsmayıllı, Tovuz, Goranboy, Şəmkir, Lerik, Cəlilabad və Şabran rayonlarının meşə ərazilərində iməciliklər keçirilib.