"Yaşıl transformasiya: Yaşıl biznesin idarəedilməsi sistemləri standartının tətbiqi" mövzusunda təlim təşkil olunub
14 Fevral 2025, 13:25
12-14 fevral tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "ESDGoals" MMC-nin birgə təşkilatçılığı ilə "Yaşıl transformasiya: Yaşıl biznesin idarəedilməsi sistemləri standartının tətbiqi" mövzusunda təlim keçirilib.
Dövlət və özəl sektorda çalışan mütəxəssislərin iştirak etdiyi təlimdə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2025-ci il üçün Yol xəritəsinin 7-ci bəndinin icrası və "Yaşıl transformasiya: Yaşıl biznesin idarəedilməsi sistemləri standartının tətbiqi", yaşıl transformasiya, ESG hesabatları və yaşıl biznesin idarəedilməsi sistemləri standartının tətbiqi modulları üzrə müzakirələr aparılıb.