“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, “Araz” supermarketlər şəbəkəsinin, “PAŞA Bank” ASC-nin, “Azərsun Holding”in, “EcoHub” İctimai Birliyinin və “Yağmur-2” MMC-nin dəstəyi ilə Bakı şəhəri Nizami rayonunda növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı baş tutub.
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.
“Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları çərçivəsində 22 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, "İRƏLİ" İctimai Birliyinin təşəbbüsü ilə cəlb olunmuş gənclərin, bələdiyyə nümayəndələrinin və sakinlərin iştirakı ilə Xəzər dənizinin Hövsan, Sumqayıt sahillərində, Kür çayının Salyan, Qudyalçayın Quba rayonlarından keçən hissələrində, Masallı rayonu Təzə Alvadı kəndi, Şəki şəhəri Giləkli məhəlləsi, Beyləqan rayonu Şərq qəsəbəsi, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ərazilərində, Zərdab şəhəri Babək İsmayılov küçəsində, Daşkəsən rayonu Əmirvar meşəbəyliyi ərazisində təmizlik aksiyaları keçirilib, ərazilər ümumilikdə 4 tondan artıq tullantıdan təmizlənib.
Avtomatik stansiyalardan əldə edilən məlumata görə, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır. Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Neftçala və Tovuz rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.