Hər il bu tarixdə dünya ictimaiyyəti ozon təbəqəsinin qorunmasının əhəmiyyətini xatırlayır. Ozon təbəqəsi atmosferin stratosfer qatında yerləşərək, günəşdən gələn zərərli ultrabənövşəyi şüaları udur və Yer üzündəki canlıların sağlamlığını qoruyur.
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.
Bilik Günü münasibətilə gənclərin ekoloji şüurunun formalaşmasına, ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasına, həmçinin məsuliyyət hissinin gücləndirilməsinə dəstək olmaq məqsədilə öyrənməyə həvəsli 17–25 yaş arası gənclər üçün “II Yaşıl Düşüncə Maarifləndirmə Proqramı”na start verilir.
Ümumrespublika Təmizlik Marafonu çərçivəsində 12 sentyabr tarixində Ucar şəhəri A.Səhhət, Saatlı şəhəri K.Məmmədzadə, Tərtər şəhər Şah İsmayıl Xətai küçələrində, Masallı rayonu Təzə Alvadı, Qubadlı rayonu Qaralar kəndi ərazilərində, Oğuz rayonu Xaçmaz meşəbəyliyində, Naxçıvan MR Uzunoba su anbarının ətrafında təmizlik aksiyaları keçirilib.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hədəfləri çərçivəsində görülən işlərin cari ilin birinci yarımili üzrə monitorinq və qiymətləndirilməsinə dair “Ekoloji məsələlər üzrə” İşçi qrupun iclası baş tutub.