Xəbərlər


Qışa hazırlıq məqsədilə oduncaq tədarükü davam edir

15 Sentyabr 2025, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.

Ölkə üzrə 8-12 sentyabr tarixlərində Regional Meşə Təsərrüfatı Mərkəzləri tərəfindən ümumilikdə 3884 m3 həcmində oduncaq tədarük olunub.