Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Yevlax, Xaçmaz və Neftçala rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.
Regionlarda əhalinin ekoloji məsuliyyət hissinin gücləndirilməsi, təbiəti mühafizə ilə bağlı bilik və bacarıqlarının artırılması, eləcə də gənclərdə davamlı həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları mütəmadi olaraq maarifləndirici görüşlər keçirirlər.
Ədliyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin, "Coca-Cola" şirkətinin, "Ədliyyə Könüllüləri" İctimai birliyinin və "Gənc Könüllülər" İctimai birliyinin birgə təşkilatçılığı ilə “Ecoguard” ekoloji maarifləndirmə düşərgəsinə start verilib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecə, 17-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Hər il bu tarixdə dünya ictimaiyyəti ozon təbəqəsinin qorunmasının əhəmiyyətini xatırlayır. Ozon təbəqəsi atmosferin stratosfer qatında yerləşərək, günəşdən gələn zərərli ultrabənövşəyi şüaları udur və Yer üzündəki canlıların sağlamlığını qoruyur.