Regional Ekologiya və Təbii Sərvətlər İdarələri maarifləndirici görüşləri davam etdirir
18 Sentyabr 2025, 17:50
Regionlarda əhalinin ekoloji məsuliyyət hissinin gücləndirilməsi, təbiəti mühafizə ilə bağlı bilik və bacarıqlarının artırılması, eləcə də gənclərdə davamlı həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları mütəmadi olaraq maarifləndirici görüşlər keçirirlər.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan növbəti görüşlər Quba regional “ASAN xidmət” mərkəzində və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyində baş tutub. Tədbirlərdə gənclərə və könüllülərə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sağlam ətraf mühitdə yaşamaq hüququ, tullantıların düzgün idarə olunması, təbii resurslara qənaət və digər ekoloji mövzular barədə ətraflı məlumat verilib.