12 Fevral 2025 Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 14-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. 11 Fevral 2025 İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb. 11 Fevral 2025 Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. 10 Fevral 2025 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Dövlət Universiteti və Lənkəran Dövlət Universitetinin əməkdaşlarının, Zoologiya və Botanika İnstitutlarının alim və mütəxəssislərinin, Lənkəran Regional Turizm İdarəsinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF), milli parkın fəaliyyətinə töhfə vermiş tərəfdaş təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə iştirakçılar tərəfindən Azərbaycanın cənub-şərq hissəsində yerləşən, zəngin bioloji müxtəlifliyi, nadir flora və fauna növləri ilə böyük əhəmiyyətə malik olan Hirkan Milli Parkı haqqında məlumatlar bölüşülüb.