02 Fevral 2025
Ağgöl Milli Parkında “Ümumdünya Su-Bataqlıq Əraziləri Günü” ilə əlaqədar tədbir keçirilib2 fevral “Ümumdünya Su-Bataqlıq Əraziləri Günü” ilə əlaqədar Ağgöl Milli Parkında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Ağcabədi Rayon İcra Hakimiyyətinin rəsmiləri, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının (WWF) nümayəndələri, eyni zamanda Bakı Dövlət Universitetinin müəllim və tələbə heyətinin iştirakı ilə elmi-məlumatlandırıcı tədbir keçirilib.