Növbəti ağacəkmə aksiyası keçirilib
23 Oktyabr 2026, 16:40
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasına bu dəfə 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qoşulub.
ETSN-in və 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin iştirakı ilə keçirilən aksiyada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan ağacəkmə aksiyası yaşıllıq sahələrinin genişləndirilməsi, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində ictimai məsuliyyətin artırılmasına xidmət edir