10 Noyabr 2025
Azərbaycan nümayəndə heyəti BMT-nin Ozon Qatının Mühafizəsi haqqında Vyana Konvensiyasının 40 illik yubileyinə həsr olunmuş beynəlxalq tədbirdə iştirak edibNümayəndə heyəti cari ilin 3–7 noyabr tarixlərində Keniya Respublikasının Nayrobi şəhərində keçirilən BMT-nin Ozon Qatının Mühafizəsi haqqında Vyana Konvensiyasının və “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokolunun Tərəflərinin 37-ci İclasında (MOP37) iştirak edib. Tədbir Vyana Konvensiyasının 40 illik yubileyinə həsr olunub.