Azərbaycan nümayəndə heyəti BMT-nin Ozon Qatının Mühafizəsi haqqında Vyana Konvensiyasının 40 illik yubileyinə həsr olunmuş beynəlxalq tədbirdə iştirak edib
10 Noyabr 2025, 18:00
Nümayəndə heyəti cari ilin 3–7 noyabr tarixlərində Keniya Respublikasının Nayrobi şəhərində keçirilən BMT-nin Ozon Qatının Mühafizəsi haqqında Vyana Konvensiyasının və “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokolunun Tərəflərinin 37-ci İclasında (MOP37) iştirak edib. Tədbir Vyana Konvensiyasının 40 illik yubileyinə həsr olunub.
İclas çərçivəsində ölkə bəyanatı səsləndirilərək qeyd olunub ki, MOP37 ölkəmiz üçün mühüm mərhələdir. 14 oktyabr 2025-ci il tarixində “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiq edilməsi, eləcə də 29 oktyabr 2025-ci il tarixində “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyasına qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanunlarının qəbul edilməsi ölkəmizin ozon qatının mühafizəsi sahəsində güclü öhdəlik nümayiş etdirdiyini göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2024-cü ildə Bakıda uğurla keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu İclasına (COP29) sədrliyi ölkəmizin beynəlxalq iqlim gündəliyində fəal rolunu daha da gücləndirib.

Kiqali Düzəlişinə və Rotterdam Konvensiyasına qoşulma Azərbaycanın iqlim dəyişikliyi, insan sağlamlığı və ətraf mühitin mühafizəsi istiqamətində qlobal səylərə dəstəyinin bariz nümunəsi kimi qiymətləndirilib.
Həmçinin bəyanatda Azərbaycanın ev sahibliyi ilə 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu və Ümumdünya Ətraf Mühit Günü barədə məlumat verilərək, bütün tərəflər bu tədbirlərdə ətraf mühit və iqlim fəaliyyətində əməkdaşlığı gücləndirməyə, qarşılıqlı təcrübə mübadiləsi aparmağa dəvət edilib.