30 Mart 2025
Ramazan bayramınız mübarək!
27 Mart 2025 Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb. 24 Mart 2025 İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb. 23 Mart 2025 Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və ona üzv olan ölkələr hər il mart ayının 23-nü Ümumdünya Meteorologiya Günü kimi qeyd edir. Ümumdünya Meteorologiya Gününün hər il bir deviz altında keçirilməsi artıq ənənəyə çevrilib. Bu ilin devizi isə “Erkən xəbərdarlıq boşluğunu birlikdə aradan qaldırmaq”dır. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. 21 Mart 2025 21 mart Beynəlxalq Meşələr Günündə ölkənin bir çox regionlarını əhatə edən meşə fondu torpaqlarının açıq sahələrində ağacəkmə tədbirləri keçirilib.