18 Mart 2025
“Qlobal təkrar emal günü” ilə əlaqədar “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilibTullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması, resurslardan daha səmərəli istifadə edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon icra Hakimiyyətinin, “Azekol” MMC-nin, “Araz” və “Bravo” supermarketlər şəbəkələrinin dəstəyi ilə Yasamal rayonu Hüseyn Cavid parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.