12 Noyabr 2025
Geoloji Kəşfiyyat Agentliyinin məlumatıXətai rayonu, Əhmədli qəsəbəsi ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda hadisə yerindədir. Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək. Bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.