26 Sentyabr 2025
26 sentyabr - Qızılağac Milli Parkının yaranması günüdürQızılağac Milli Parkı xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, təbii resurslardan səmərəli istifadə və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə Lənkəran, Masallı və Neftçala rayonlarının inzibati ərazilərində yaradılıb.